Tarix: 09.11.2013
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimaiyyətin dəstəyinin gücləndirilməsi” layihəsi çərçivəsində 09 noyabr 2013-cü il tarixində : “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı: Gənclərin avrointeqrasiya proseslərində iştirakını gücləndirən faktor” mövzusunda Azərbaycan Texnologiya Universitetində dəyirmi masa tədbiri keçirilmişdir.
Əllidən cox tələbə, müəllim və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən bu tədbirin məruzəçisi, Avropa təhsil proqramları üzrə ekspert Fərid Məmmədov olmuşdur.
Dəyirmi masa tədbirinin iştirakçıları “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, həmçinin Avropa təhsil proqramları və Avropa universitetlərinin təqaüd proqramlarından istifadə imkanları barəsində əhəmiyyətli məlumatlar əldə etdilər.
Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimaiyyətin dəstəyinin artırılması məqsədi daşıyan bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilmişdir.