Tarix: 07.12.2013
Brüsseldə NATO-nun Baş Qərargahında NATO-Azərbaycan əməkdaşlığına dair “Azərbaycandan olan rəy formalaşdıranlar” (Opinion formers from Azerbaijan) mövzusunda 5-6 dekabr 2013-cü il tarixində 2 günlük tədbir keçirilmişdir.
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə Heyətinin sədri Mehman Xəlilovun iştirak etdiyi bu tədbir NATO-nun İctimai Diplomatiya Bölməsinin təşkilatçılığı ilə həyata keçirilmişdir.
Seminarı İctimai Diplomatiya Bölməsinin Qafqaz üzrə regional koordinatoru xanım Despina Afentouli açmış və NATO-nun hazırkı siyasi proqramı haqqında məruzə ilə çıxış etmişdir.
Tədbirdə NATO-nun Avroatlantik İnteqrasiya və Tərəfdaşlıq Departamentin, Siyasi məsələlər və Təhüləskizlik Siyasəti bölməsinin rəhbəri Ceyms Makey, İctimai diplomatiya bölməsinin Mətbuat və Media şöbəsinin əməkdaşı Daniel Riqqio, Alyansın əməkdaşlıq, regional təhlükəsizlik proqramının nümayəndəsi Aleksandr Defazio və Enerji Təhlükəsizliyi Departamentinin rəhbəri Maykl Rühle tərəfindən təmsil etdikləri bölmələrin fəaliyyətlərinə dair seminar iştirakçılarına müvafiq məlumatlar verilmiş və müzakirələr aparılmışdır.
Tədbirdə, həmçinin Azərbaycanın NATO yanında nümayəndəliyinin əməkdaşları J.İbrahimova, G. Məmmədova, R. Həmidov, E. Allahverdiyev və hərbi nümayəndə General Hüseyn Mahmudovla görüş keçirilmişdir.
Görüş zamanı Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin 2013-cü ildə olan fəaliyyətinə dair Hesabatın təqdimatı nümayiş etdirilmişdir (GAAMM-ın Web-saytı: www.atlanticcenter.az “Hesabatlar” bölməsi)
Seminarda çıxış edənlər Azərbaycanın NATO-nun fəal və etibarlı tərəfdaşı olduğunu vurğulayıblar. Məruzəçilər Azərbaycanın Əfqanıstanda keçirilən sülhyaratma proseslərinə əhəmiyyətli töhfəsi, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə NATO-nun siyasi mövqeyi haqqında məlumatlar veriblər.