Tarix: 06.03.2014
NATO-nun Baş Qərargahında (Brüssel) “Tərəfdaş ölkələrin NATO informasiya mərkəzləri“ mövzusunda 3-4 mart 2014-cü il tarixinde 2 günlük tədbir keçirilmişdir.
Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin İdarə heyətinin üzvü Nigar Ələsgərovanın (Fotoda 1-ci sıra, soldan 4-cü şəxs) da iştirak etdiyi bu tədbir NATO-nun İctimai diplomatiya bölməsinin təşkilatçılığı ilə həyata keçirilmişdir.
Tədbiri NATO-nun İctimai diplomatiya bölməsinin Qafqaz üzrə regional koordinatoru xanım Despina Afentouli açmiş və NATO-nun hazirki siyasi programı haqqinda məruzə ilə çıxış etmişdir.
Daha sonra NATO- nun səlahiyyətli nümayəndələri J.Skonieszka, M.Rühle, K.Grabar- Kitaroviç, G.Niehus, S.Mehringer, D.Riggio və İ.Fernandez tərəfindən təmsil etdikləri bölmələrin fəaliyyətlərinə dair informativ və analitik baxımdan maraqlı çıxışlar edilmiş və müzakirələr aparılmışdır.
Tədbir çerçivəsində xanım D.Afentouli, P.Lunak və B.Marankovanın iştirakı ilə “İctimai diplomatiya bölməsinin İnformasiya mərkəzləri ilə praktik əməkdaşlığı “ mövzusunda dəyirmi masa görüşü keçirilmiş və maraqlı müzakirələr aparılmışdır.
Tədbirdə, həmçinin Azərbaycanın NATO yanında nümayəndəliyinin əməkdaşları J.İbrahimova, G.Məmmədova, R.Həmidov və E.Abdullayev ilə təşkilatımızın nümayəndəsi N.Ələsgərovanın görüşü keçirilmiş və görüş zamanı NATO-Azərbaycan əməkdaşlığının 20 illiyi çərçivəsində Gəncə şəhərində keçiriləcək tədbirlər barəsində müzakirə aparılmışdır.
Tədbirdə iştirak eden tərəfdaş ölkələrin İnformasiya mərkəzlərinin nümayəndələri tərəfindən təmsil etdikləri təşkilatların fəaliyyətlərinə dair təqdimat materialları nümayiş etdirilmişdir. Eyni zamanda Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin 2013- cü ildə olan fəaliyyətinə dair nümayiş etdirilən təqdimat materialı iştirakçılar tərəfindən çox maraqla qarşılanmışdır (www.atlanticcenter.az , Hesabatlar bölməsi).
Tədbir tərəfdaş ölkələrdə fəaliyyət göstərən NATO İnformasiya mərkəzlərinin təcrübə mübadiləsi və tərəfdaşlıq perspektivləri baxımından gələcək fəaliyyətlərinin daha səmərəli və intensiv təşkili üçün çox əhəmiyyətli olmuşdur.