Tarix: 15 noyabr, 2014-cü il
NATO-Azərbaycan tərəfdaşlığının 20 illiyi ilə əlaqədar Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Gəncə Dövlət Universitetində 15 noyabr 2014-cü il tarixində “NATO -nun beynəlxalq sülhyaratma proseslərində Azərbaycanın iştirakı” və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti: Region və Avropa üçün təhlükə mənbəyidir” mövzularında dəyirmi masa tədbiri həyata keçirilmişdir.
“NATO -nun beynəlxalq sülhyaratma proseslərində Azərbaycanın iştirakı” mövzusunda çıxış edən Odlar Yurdu gənclər ictimai birliyinin sədri, Nigar Ələsgərova öz çıxışında NATO-Azərbaycan tərəfdaşlığının əhəmiyyəti və NATO-nun Əfqanıstanda həyata keçirdiyi sülhyaratma əməliyyatlarında Azərbaycanın sülhə və sabitliyə dəstəyi barəsində tədbir iştirakçılarını məlumatlandırmışdır.
Tədbirdə daha sonra “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti: Region və Avropa üçün təhlükə mənbəyidir” mövzusu ilə bağlı çıxış edən tədbirin məruzəçisi, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər şöbəsinin dekanı Dr.Elnur Soltanov Ermənistan tərəfindən yaradılan bu konfliktin istər Qafqaz, istərsə də Avropa üçün yetərincə təhlükəli olması barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir.
NATO-nun maliyyə dəstəyi ilə həyata keçirilən bu tədbir nəticəsində 64 nəfər ictimaiyyət nümayəndəsi, xüsusilə gənclər NATO-Azərbaycan tərəfdaşlığı, həmçinin bu tərəfdaşlığın əhəmiyyəti və perspektivləri barəsində, eyni zamanda görüş iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin Regionun və Avropanın sabitliyinə və inkişafına ciddi bir təhdid olduğu barəsində, mühüm məlumatlar əldə etdilər.