Azərbaycanca | English

Tarix: 29 noyabr 2014-cü il

IMG_6438NATO-Azərbaycan tərəfdaşlığının 20 illiyi ilə əlaqədar  Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən 29 noyabr 2014-cü il tarixində  Gəncə şəhərində “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı: Azərbaycanın müdafiə və təhlükəsizlik sektorlarının inkişafına NATO-nun dəstəyi”   mövzusunda dəyirmi masa tədbiri həyata keçirilmişdir.

Mövzu ilə bağlı çıxış edən tədbirin məruzəçisi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı Nadir Saraclı  öz çıxışında NATO-Azərbaycan əlaqələrinin bugünki dinamikası,  NATO-Azərbaycan arasındakı geniş spekrli məsələlərə dair praktik əməkdaşlıq əlaqələri və NATO-Azərbaycan arasında olan 20 illik tərəfdaşlıq formatının hər iki tərəf üçün kifayət qədər məhsuldar və qarşılıqlı faydalı olması barəsində tədbir iştirakçılarına  geniş və ətraflı məlumatlar vermişdir.  Bundan sonra tədbir iştirakçıları tərəfindən mövzu ilə bağlı  məruzəçiyə verilən suallar ətrafında müzakirələr aparılmışdır.

NATO-nun maliyyə dəstəyi ilə həyata keçirilən bu tədbir nəticəsində 50 nəfər ictimaiyyət nümayəndəsi, xüsusilə gənclər NATO-Azərbaycan arasında olan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və NATO-Azərbaycan arasındakı geniş spekrli məsələlərə dair praktik  əməkdaşlıq əlaqələri barəsində mühüm məlumatlar əldə etdilər.

IMG_6429 IMG_6441 IMG_6432

IMG_6358

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Апрель 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov