Azərbaycanca | English

Tarix: 22.07.2015

IMG_1598Gəncə Avro–Atlantik Məlumat mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Gəncə şəhərində fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı yeni sosial xidmət sahəsinin yaradılması” layihəsi çərçivəsində 2015-ci ilin may ayından başlayaraq fiziki məhdudiyyətli uşaqlara yeni sosial xidmətlər göstərilir. Bununla əlaqədar layihəyə cəlb edilən fiziki məhdudiyyətli uşaqlara kompyuter avadanlıqları hədiyyə edilmişdir. Onlara kompyuter proqramları və İnternet şəbəkə resurslarından istifadə qaydaları öyrədilməkdədir. Fiziki məhdudiyyətli uşaqlara göstərilən yeni sosial xidmət (informasiya-təhsil imkanlarının artırılması) nəticəsində uşaqların informasiya-təhsil imkanları artırılmış, sosiallaşma və cəmiyyətə yeni çıxış imkanları yaradılmışdır.
Bundan başqa layihəyə cəlb edilmiş uşaqlara və onların valideynlərinə aşağıdakı  mövzularda psixoloji yardım məqsədilə seminarlar və məsləhətlər həyata keçirilir:
“Mövcud durum çərçivəsində məqsəd və hədəflərin seçilməsi”,
“Ünsiyyət qurma qabiliyyətlərinin inkişafı”,
“Şəxsi gigiyena və özünəxidmət vərdişlərinin möhkəmləndirilməsi”,
“Şəxsiyyət və onun formalşdırılması”,
“Distant təhsil və ondan istifadə  imkanları”
Fiziki məhdudiyyətli uşaqlar üçün göstərilən yeni sosial xidmət (psixoloji yardım) uşaqların intellektual və yaradıcılıq potensiallarının açılmasına müsbət təsir göstərmiş, həmçinin valideynlər tərəfindən ailədə sağlam inkişaf mühitinin formalaşmasına təkan vermişdir.
Bununla yanaşı fiziki məhdudiyyətli uşaqlara və onların valideynlərinə “Fiziki məhdudiyyətli uşaqların hüquqları və sosial müdafiəsi” mövzusunda hüquqi məsləhətlər və seminarlar həyata keçirilir.
Göstərilən yeni sosial xidmət (hüquqi yardım) nəticəsində bu uşaqlar dövlət tərəfindən onlar üçün yaradılan əlavə sosial imkanlar və hüquqlar barəsində məlumatlar əldə etmişdirlər ki, bu da onlarda özünəinam hissinin formalaşdırılmasına müsbət təsir göstərmişdir.
Gəncə şəhərində həyata keçirilən bu yeni sosial xidmətlər nəticəsində layihəyə cəlb edilmiş fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası  üçün real imkanlar yaradılmış və bu uşaqların cəmiyyətin bərabərhüquqlu üzvü kimi inkişaf etmələrinə dəstək verilmişdir. Layihə Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının reabilitasiya mərkəzi, Uşaq Fondunun Gəncə şəhər təşkilatı, Əlil qadınlar cəmiyyətinin Gəncə filialı və müvafiq dövlət strukturları ilə əməkdaşlıq şəraitində həyata keçirilmişdir.

IMG_2085IMG_1929IMG_1899

 

 

 

 

 

IMG_1840 IMG_1780

IMG_2028 IMG_1584 IMG_1551

 

 

 

 

 

 

 

 

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Февраль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 12
3456789
10111213141516
17181920212223
2425262728  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov