Azərbaycanca | English

Tarix: 01.06.2016

DSC_3390İyunun 1-də Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə  Gəncə Dövlət Universitetində “Müasir informasiya dövründə kibertəhlükəsizlik:  Problemlər və perspektivlər” mövzusunda dəyirmi masa tədbiri keçirilib.

Tədbiri giriş nitqi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samirə Həsənova və Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva  açaraq müasir informasiya dövründə kibertəhlükəsizlik məsələlərinin aktuallığından və respublikamızda informasiya cəmiyyətinin inkişafı mərhələsində kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsinin əhəmiyyətindən bəhs etmişdirlər.

Tədbirin 1-ci bölməsində “İnformasiya  təhlükəsizliyi sahəsində mövcud vəziyyət: kiber təhlükələr və onlara qarşı mübarizə” mövzusunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşı Aysel Hadiyeva xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarna informasiya təhlükəsizliyinin hazırki vəziyyəti, mövcud və baş verə biləcək kiber təhlükələr, onların informasiya sistemlərinə təsiri, kiber təhlükələrin qarşısının alınması üsulları və mövzu ilə bağlı digər məsələlər barəsində iştirakçılara geniş məlumatlar vermişdir.

YAPL0013Tədbirin 2-ci bölməsində  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşı Ləman Hüseynzadə  təqdimatla çıxış edərək İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq və yerli qanunvericilik aktları və beynəlxalq standartlar barəsində tədbir iştirakçılarna geniş məlumatlar vermişdir.
Tədbirdə Elektron Təhlükəsizlik Mərkəzi  tərəfindən hazırlanmış və yerli istifadəçilərə yönəlik maarifləndirici xarakter daşıyan “Facebook sosial şəbəkəsində təhlükəsizlik qaydaları haqqında” kitabça tədbir iştirakçılarına təqdim olunmuşdur.
50 nəfərdən çox universitet əməkdaşlarının və tələbələrin iştirakı ilə həyata keçirilən tədbirin sonunda kibertəhlükəsizlik məsələlərinin bir sıra aspektləri ətrafında  müzakirələr  və fikir mübadiləsi aparılmışdır.
Kibertəhlükəsizlik məsələləri ilə bağlı həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsi məqsədini daşıyan bu tədbir nəticəsində tədbir iştirakçıları, milli kibertəhlükəsizlik sisteminin mohkəmləndirilməsi sahəsində aparılan islahatlar, dövlət və biznes strukturlarının, təşkilatların və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər, milli kibetəhlükəsizlik sisteminin möhkəmləndirilməsi və bununla bağlı respublikamızın  beynəlxalq qurumlarla əməkdaşlıq fəaliyyəti  barəsində  əhəmiyyətli məlumatlar əldə etdilər.

IMG_4698 IMG_4687

 

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Февраль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 12
3456789
10111213141516
17181920212223
2425262728  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov