Azərbaycanca | English

Tarix: 02.08.2016

IMG_5880Avqustun  2-də Gəncə şəhərində  “Elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiə üsulları və metodları” mövzusunda dəyirmi masa tədbiri keçirilib.Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi  tərəfindən təşkil olunub.
Tədbiri giriş nitqi ilə  Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri Mehman Xəlilov  və  Oracle korporasiyasının Azərbaycan təmsilçiliyinin nümayəndəsi Asif Hümbətov  açaraq müasir informasiya dövründə  DSC_3574kibertəhlükəsizlik məsələlərinin aktuallığından və kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatların əhəmiyyətindən bəhs etmişdirlər.
Tədbirdə Oracle korporasiyasının Azərbaycan təmsilçiliyinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Teymur Hacıyev və Cəbi Ağayev təqdimatla çıxış edərək elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiə üsulları və metodları haqqında, eyni zamanda mövcud kibertəhdidlər, risklər və problemlər  barəsində tədbir iştirakçılarını məlumatlandırmışdırlar.
50 nəfərdən çox universitet və kollec əməkdaşlarının, tələbələrin və media nümayəndələrinin, bank sektoru  və digər IMG_5922müəssisələrin nümayəndələrinin  iştirakı ilə həyata keçirilən tədbirin sonunda kibertəhlükəsizlik məslələrinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.
Kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən  islahatlara ictimai dəstəyin gücləndirilməsi məqsədini daşıyan bu tədbir nəticəsində tədbir iştirakçıları, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan islahatlar və elektron informasiya resurslarının kibertəhdidlərdən müdafiə edilməsi  sahəsində mütərəqqi  həll yolları barəsində əhəmiyyətli  məlumatlar əldə etdilər.

IMG_5863 IMG_5908 IMG_5851 IMG_5835

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Апрель 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov