Azərbaycanca | English

Tarix: 25.08.2016

IMG_5996Avqustun  25-də Gəncə şəhərində  “Qlobal informasiya mühitində kibertəhlükəsizlik: Elektron informasiya  resurslarının müdafiəsində mütərəqqi həll yolları”  mövzusunda dəyirmi masa tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi  tərəfindən təşkil olunub.
Tədbiri giriş nitqi ilə  Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri Mehman Xəlilov  və  Gəncə Şəhər IMG_6084İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov  açaraq müasir informasiya dövründə  kibertəhlükəsizlik məsələlərinin aktuallığından və kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatların əhəmiyyətindən bəhs etmişdirlər.
Tədbirdə “Kaspersky Lab”  şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov və SİNAM  MMC-nin nümayəndəsi  Qəndilov Qasım təqdimatlarla çıxış edərək elektron informasiya
resurslarının  kibertəhlükələrdən  müdafiəsində mütərəqqi həll yolları barəsində tədbir iştirakçılarını məlumatlandırmışdırlar.
50 nəfərdən çox universitet və kollec əməkdaşlarının, tələbələrin və media nümayəndələrinin, dövlət və bank sektoru nümayəndələrinin, IMG_6057həmçinin digər müəssisələrin nümayəndələrinin  iştirakı ilə həyata keçirilən tədbirin sonunda müasir informasiya dövründə elektron informasiya resurslarının müdafiəsi ilə bağlı  mütərəqqi həll yolları  məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.
Kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən  islahatlara ictimai dəstəyin gücləndirilməsi məqsədini daşıyan bu tədbir nəticəsində tədbir iştirakçıları, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan islahatlar və elektron informasiya resurslarının kibertəhdidlərdən müdafiə edilməsi  sahəsində mütərəqqi  həll yolları barəsində əhəmiyyətli  məlumatlar əldə
etdilər.

IMG_6027 IMG_6024 IMG_6009 IMG_6001

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Февраль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 12
3456789
10111213141516
17181920212223
2425262728  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov