Azərbaycanca | English

1

2

3

4

                     

                       

              Elan: SA-01                                                                                       Tarix: 07.03.2018

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəciliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində

  Ofis menecer vəzifəsi üçün vakansiya elan edir.

 Vəzifə və öhdəliklər:

  • Daxil olan zənglərin və elektron ünvana gələn məktubların, sorğuların vaxtında cavablandırılması, yönləndirilməsi, lazımi qeydlərin aparılması və aidiyyatı şəxslərə çatdırılması;
  • Təşkilatdaxili kargüzarlıq işlərinin yerinə yetirilməsi;
  • Ofis avadanlıqlarına mütəmadi olaraq nəzarət edilməsi;
  • Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırıması (faksla, poçtla, kuryerlə, elektron poçtla və s.);
  • Təşkilata gələn qonaqların qarşılanması və yönləndirilməsi;
  • Ofisin cari təsərrüfat fəaliyyəti ilə bağlı lazımi işlərin görülməsi;
  • Rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifə və tapşırıqların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • Təhsil: Ali;
  • İş təcrübəsi — Ofis meneceri kimi minimum 1 il;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
  • MS Office proqramlarında işləmək bacarığı (Word, Excel, PowerPoint). Qrafik redaktor proqramlarında (Adobe Photoshop və Corel Draw) işləmə bacarığı arzu ediləndir;
  • Yüksək ünsiyyət, idarəetmə, təşkilatçılıq və kollektivlə işləmək bacarıqları;
  • İşə məsuliyyətli yanaşmaq, təmkinli davranmaq və stresə davamlılıq;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

İş saatı: 09:00 -18:00

İş günləri: I-V günlər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Ofis menecer” qeyd edərək CV-lərinizi 14 mart 2018-ci il tarixinədək euroatlanticcenter@gmail.com  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız sənədləri ilkin  mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

5

6

7

8

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Май 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov