Elan: SA-02 Tarix: 07.03.2018
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəciliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində
avtonəqliyyat xidmətinin göstərilməsinə dair müsabiqə elan edir.
Müsabiqə iştirakçısının vəzifə və öhdəlikləri:
- Layihə fəaliyyətləri ilə bağlı işçi heyətinin Gəncə şəhəri daxilində və ətraf rayonlarda təyin olunmuş ünvanlara daşınmasını təmin etmək;
- İstifadə etdiyi nəqliyyat vasitəsini təmiz, yararlı və saz vəziyyətdə saxlamaq;
- Avtomobildə texniki nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etmək.
Namizədə olan tələblər:
- Sürücülük təcrübəsi — minimum 5 il;
- Sürücülük vəsiqəsi — BC kateqoriyası;
- Dil bilikləri: Azərbaycan dili (Rus və ya ingilis dilini bilməsi arzu olunandır);
- Yüksək ünsiyyət və kollektivlə işləmək bacarığı;
- İşə məsuliyyətli yanaşmaq, təmkinli davranmaq və stresə davamlılıq.
İş saatı: 9:00-18:00
İş günləri: I-V günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən Avtonəqliyyat xidmətinin göstərilməsi ilə bağlı təkliflərinizi 14 mart 2018-ci il tarixinədək euroatlanticcenter@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız sənədləri ilkin mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.