Elan: SA-03 Tarix: 07.03.2018
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəciliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində
Xadimə vəzifəsi üçün vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Ofis ərazisini, avadanlıqları və s. təmizləmək;
- Əmək və nizam-intizam qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifə və tapşırıqları yerinə yetirmək.
Namizədə olan tələblər:
- Minimum 1 il iş təcrübəsi;
- Təmizkarlıq və səliqəlilik;
- Dəqiqlik və məsuliyyətlilik;
- Kollektivdə işləmə və ünsiyyət qurma bacarıqları.
İş saatı: 06:00 -14:00
İş günləri: I-V günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Xadimə” qeyd edərək CV-lərinizi 14 mart 2018-ci il tarixinədək euroatlanticcenter@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız sənədləri ilkin mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.