Elan: SA-04 Tarix: 07.03.2018
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi Avropa Birliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıqimkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində Gözətçi vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.
Vəzifə və öhdəliklər:
- Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
- Təşkilat tərəfindən təyin edilmiş təlimat və qaydalara riayət etmək;
- Təlimatlara əsasən ofisin və avadanlıqların təhlükəsizliyinə nəzarət etmək;
- Komandada işləmək, ümumi olaraq qəbul edilmiş etika ve davranış normalarına riayət etmək;
- Problem və uyğunsuzluqları aşkar etmək və bu barədə məlumat vermək;
- Rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifə və tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Təhsil: Orta təhsil;
- İş təcrübəsi — 2-3 il iş təcrübəsi;
- Təhlükəsizlik prosedurları haqqında ümumi biliklər;
- Analitik düçüncə qabiliyyətinə malik olmaq;
- İşə məsuliyyətli yanaşmaq, təmkinli davranmaq və stresə davamlılıq.
İş qrafiki: həftənin bütün günləri saat 20:00-09:00
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Gözətçi” qeyd edərək CV-lərinizi 12 mart 2018-ci il tarixinədək euroatlanticcenter@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.