Elan: SA-05 Tarix: 07.03.2018
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən, Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəciliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində
ofisin icarəyə götürülməsinə dair təkliflərin qəbulu açıq elan edilir.
İcarəyə götürülən ofisə dair tələblər:
- Təmirli və təmiz olmalıdır;
- Elektrik və qaz təhcizatı xəttləri təhlükəsizlik normalarına cavab verməlidir;
- İctimai nəqliyyatların hərəkət qovşaqlarına yaxın olmalıdır;
- İcarə dövrünün (1il) minimum 9 ay müddətində icarə haqqının məbləği dəyişməməlidir;
- İcarə üçün təklif edilən sahə minimum 120 m2 olmalıdır.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Ofis icarəsi” qeyd edərək təkliflərinizi 14 mart 2018-ci il tarixinədək euroatlanticcenter@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktublarınıza ofisin imkanlarını tam əks etdirə bilən foto şəkillər, ofisin ünvanı və mülkiyyət hüququ ilə bağlı məlumatlar əlavə olunmalıdır.
Satınalmalar üzrə komissiya
Telefon: 050 5919115, 022 2569406
E-mail: euroatlanticcenter@gmail.com