Elan: SA-07 Tarix: 12.03.2018
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən, Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəciliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində aşağıda göstərilən ofis mebellərinin
satınalınması üçün açıq müsabiqə elan edilir.
Ofis mebellərinin qiymət cədvəli
Satınalmalar üzrə komissiya iddiaçılara bildirir ki, təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı (cap olunmuş) surətdə zərfdə təqdim etsinlər. İddiaçılar özləri haqqında məlumatları da (ünvan, VÖEN, bank rekvizitləri, fəaliyyət sahələri) təqdim etməlidirlər.
Təkliflərin qiymətləndirilməsi zamanı keyfiyyət göstəriciləri, qiymət amili, zəmanət şərtləri və digər meyarlar asas götürüləcəkdir.
İddiaçılar təkliflərini 27 mart 2018-ci il saat 16:00-dək Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin (ünvan: Gəncə şəhəri, Nizami küçəsi 81) Satınalmalar üzrə komissiyasına təqdim etməlidirlər.
Göstərilmiş vaxtdan gec təqdim edilmiş təkliflər zərf açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 03 aprel 2018-ci il saat 12:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır, bu mərhələdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Təkliflər zərflər açıldığı gündən etibarən 30 gün ərzində qüvvədə olmalıdır.
Satınalmalar üzrə komissiya
Telefon: 050 5919115, 022 2569406
E-mail: euroatlanticcenter@gmail.com