Elan: SA-08 Tarix: 02.04.2018
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəciliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində
Psixoloq vəzifəsi üçün vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Sağlamlıq imkanları məhdud olan uşaqlar və gənclərə psixoloji dəstəyin göstərilməsi;
- Psixoloji mövzuda təlim və seminarlar keçirmək;
- Psixoloji dəstək üzrə zəruri materialların hazırlaması;
- Rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifə və tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Psixologiya sahəsində Ali təhsil;
- Sağlamlıq imkanları məhdud olan uşaqlar və gənclərə psixoloji dəstəyin göstərilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
- Fərdi və komandada işləmək bacarığı;
- Analitik düşünmə bacarığı;
- Uşaq hüquqları sahəsində məlumatlı olmaq;
- Təlim və seminarların keçirilməsi bacarığı.
İş saatı: 09:00 -18:00
İş günləri: I-V günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Psixoloq” qeyd edərək, CV-lərinizi 16 aprel 2018-ci il tarixinədək euroatlanticcenter@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər.