Azərbaycanca | English

Gəncə Avro-Atlantik Məlumat Mərkəzində tərəfdaş “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatının əməkdaşları ilə görüş keçirilmişdir.

24 may 2018-ci il tarixində Gəncə Avro-Atlantik Məlumat Mərkəzində tərəfdaş “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatının əməkdaşları ilə görüş keçirilmişdir. Görüşdə UAFA-nın layihə üzrə koordinatoru Sevinc Rzayeva, Gəncə İcma-əsaslı Reabilitasiya Mərkəzinin direktoru Rəzalə Abbasova, sosial iş və uşaq müdafiəsi üzrə ekspert Coanne Şat və digər əməkdaşlar iştirak etmişdirlər. Görüş zamanı layihə rəhbəri Mehman Xəlilov Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, “Əlilliyi olan şəxslər üçün Mərkəz” (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatlarının birgə icra etdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində GAAMM tərəfindən həyata keçirilən fəaliyyətlər barəsində qonaqlara məlumat vermişdir.

8

9

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Март 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov