Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin əməkdaşları tərəfdaş Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının təşkil etdiyi tədbirdə iştirak etmişdirlər.
30 May 2018-ci il tarixində Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin əməkdaşları tərəfdaş Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının 1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi tədbirdə iştirak etmişdirlər. Tədbirdə UAFA-nın Gəncə İcma-əsaslı Reabilitasiya Mərkəzində Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinə cəlb olunmuş xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif mahnı və tamaşa nümunələri ilə çıxış etmişdirlər.