Elan: SA-15 Tarix: 25.12.2018
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəciliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində yanvar və fevral ayları ərzində Gəncə şəhərində keçiriləcək təlimlərdə Nahar fasiləsinin və Çay fasiləsinin təşkili xidməti ilə bağlı açıq müsabiqə elan edilir.
Satınalmalar üzrə komissiya iddiaçılara bildirir ki, təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı (cap olunmuş) surətdə zərfdə təqdim etsinlər. İddiaçılar özləri haqqında məlumatları da (ünvan, VÖEN, bank rekvizitləri, fəaliyyət sahələri) təqdim etməlidirlər.
İddiaçılar təkliflərini 07 yanvar 2019-cu il saat 16:00-dək Gəncə Avro-Atlantik Məlumat Mərkəzinə (ünvan: Gəncə şəhəri, Zərrabi küç. ev 2.) Satınalmalar üzrə komissiyasına təqdim etməlidirlər.
Təkliflərin qiymətləndirilməsi zamanı keyfiyyət göstəriciləri, qiymət amili, xidmətin gigiyenik normalara uyğun olması, xidmətin təlim keçirilən məkanada təşkil edilməsi və digər meyarlar asas götürüləcəkdir. Naharın təşkilinə qeyd edilən yeməklər daxil olmalıdır: toyuq şorbası, quzu ətindən qovurma, tərəvəz salatı, ayran, çörək (ağ, qara), salfet, pendir, zeytun marinə edilmiş, adjiko, meneral su.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər.
Təlimlər 4 mərhələ üzrə həyata keciriləcəkdir, birinci təlimin keçirilməsi 18 yanvar 2019-cu il tarixinə planlaşdırılır.
Göstərilmiş vaxtdan gec təqdim edilmiş təkliflər zərf açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 08 yanvar 2019-cu il saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır, bu mərhələdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Təkliflər zərflər açıldığı gündən etibarən 30 gün ərzində qüvvədə olmalıdır.
Telefon: 050 5919115, 022 2569406
E-mail: euroatlanticcenter@gmail.com
Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin
Satınalmalar üzrə qiymətləndirmə komissiyası