Elan: RA-16 Tarix: 08.01.2019
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəciliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin Yekun konfransının keçirilməsi ilə bağlı konfrans zalının icarəsi, tədbir iştirakçılarının nahar yeməyi ilə təmin edilməsi və çay/kofe fasiləsinin təşkili xidmətləri ilə bağlı açıq müsabiqə elan edilir.
Satınalmalar üzrə komissiya iddiaçılara bildirir ki, təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı (cap olunmuş) surətdə zərfdə təqdim etsinlər. İddiaçılar özləri haqqında məlumatları da (ünvan, VÖEN, bank rekvizitləri, fəaliyyət sahələri) təqdim etməlidirlər.
İddiaçılar təkliflərini 28 yanvar 2019-cu il saat 16:00-dək Gəncə Avro-Atlantik Məlumat Mərkəzinə (ünvan: Gəncə şəhəri, Zərrabi küç. ev 2.) Satınalmalar üzrə komissiyasına təqdim etməlidirlər.
Təkliflərin qiymətləndirilməsi zamanı keyfiyyət göstəriciləri, qiymət amili, xidmətlərin yüksək səviyyədə göstərilməsi üçün şəraitin olması, hər 3 xidmətin eyni məkanda təşkil edilməsi, 50 nəfərlik müasir tələblərə uyğun konfrans zalın olması və digər meyarlar asas götürüləcəkdir. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər.
Layihənin Yekun konfransının keçirilməsi 29 mart 2019-cu il tarixinə planlaşdırılır.
Göstərilmiş vaxtdan gec təqdim edilmiş təkliflər zərf açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 29 yanvar 2019-cu il saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır, bu mərhələdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Təkliflər zərflər açıldığı gündən etibarən 60 gün ərzində qüvvədə olmalıdır.
Telefon: 050 5919115, 022 2569406
E-mail: euroatlanticcenter@gmail.com
Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin
Satınalmalar üzrə qiymətləndirmə komissiyası