Azərbaycanca | English

Picture1

3

2

4

 

 

 

 

                               Əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyəti

Gəncə şəhərində, 11 yanvar 2019-cu il tarixində media nümayəndələrinin iştirakı ilə “Əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyəti” mövzusunda seminar keçirilib.

Tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov seminarın məqsədi və proqramı haqqında məlumat verib, həmçinin əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının xüsusi qayğıya ehtiyacı olan uşaqların və ümumiyyətlə əlilliyi olan insanların inkişafına əlavə bir dəyər gətirdiyini və bununla bağlı icra etdikləri bu layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər barəsində daha geniş ictimaiyyətn məlumatlandırılmasında milli və regional səviyyəli media vasitələrinin dəstəyindən bəhrələndiklərini vurğulayıb.

Layihənin koordinatoru Əhməd Quliyev çıxış edərək seminarın gedişatı haqqında təəssüratlarını bölüşərək tədbir iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin Gəncə regional şöbəsinin ağırlıq qaldırma üzrə baş məşqçisi Natiq Əliyev Gəncə regionundan olan sağlamlıq imkanları məhdud insanların idman sahəsində əldə etdiyi uğurların mediada yayımlanmasının bu insanlar üçün, eyni zamanda sağlamlıq imkanları məhdud olan digər vətəndaşlarımızın daha böyük nailiyyətlərə nail olmaları üçün ciddi stimul olduğunu bildirib.

Tədbirin məruzəçi eksperti, GanjaNews informasiya portalının baş redaktoru Gülnar Fazilqızı xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyəti barəsində geniş məlumatlar verib.
Məruzəçi ekspert, GanjaNews tərəfindən əlilliyi olan insanlarla bağlı həyata keçirilən tədbirlərin işıqlandırılmasına həmişə diqqətlə yanaşıldığını, onların uğurlarının və nailiyyətlərinin yayımlanmasının əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bununla bağlı 2018-ci il Papalimpiyaçıların Avropa Çempionatında bürünc medala layiq görülən Gəncə sakin Nurlan Babacanov barəsində GanjaNews tərəfindən geniş məlumatların yayımlanmasının əhəmiyyəti barəsində məlumat verib.

15 nəfər media nümayəndələri və digər maraqlı şəxslərin iştirakı ilə həyata keçirilən tədbirin sonunda iştirakçılar tərəfindən seminarın ümumi qiymətləndirməsi, həmçinin əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyətinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

 

 

 

5

6

7

8

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Февраль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 12
3456789
10111213141516
17181920212223
2425262728  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov