Azərbaycanca | English

Picture1

3

2

4

 

 

 

 

Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyası ilə bağlı dəyirmi masa tədbiri keçirilib

Gəncə şəhərində, 18 yanvar 2019-cu il tarixində sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasının müzakirə edilməsi məqsədi ilə müvafiq yerli hökümət orqanları, biznes strukturları və vətəndaş cəmiyyəti təsisatları nümayəndələrinin iştirakı ilə dəyirmi masa tədbiri keçirilib.

Tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov tədbirin məqsədi və proqramı haqqında məlumat verib. Sonra Mehman Xəlilov bildirib ki, əlilliyi olan şəxslər ölkəmizdə ən həssas qruplardan birini təşkil edir, məhs bu səbəbdən əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası dövlətimizin sosial siyasətinin əsas prioritet sahələrindən birini təşkil edir. Daha sonra Mehman Xəlilov sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyasının və sosial inkluzivliyinin artırılması ilə bağlı biznes strukturlarının və vətəndaş cəmiyyəti təsisatlarının müvafiq fəaliyyətlərinin bu sahəyə əlavə dəyər gətirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin Gəncə regional şöbəsinin ağırlıq qaldırma üzrə baş məşqçisi Natiq Əliyev Gəncə regionundan olan sağlamlıq imkanları məhdud insanların idman sahəsində əldə etdiyi uğurların bu sahəyə müvafiq hökumət strukturları tərəfindən göstərilən çox böyük diqqət və qayğı nəticəsində nail olunduğunu bildirmişdir. Eyni zamanda Natiq Əliyev sağlamlıq imkanları məhdud olan uşaqların fiziki sağlamlığının yaxşılaşdırılması və idmana cəlb edilmələri ilə bağlı vətəndaş cəmiyyəti təsisatlarının da dəstəyini vurğulamışdır.

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova çıxış edərək sağlamlıq imkanları məhdud olan uşaqların iştirakı ilə teatr nümayişı, idman oyunları, bayram şənlikləri və digər tədbirlərin həyata keçirilməsində Gəncə Şəhər İcra Hakimiyyəti, biznes strukturları, Kəpəz bələdiyyəsi və digər təşkilatların çox böyük köməkliyi olmuşdur. Sonra Rəzalə Abbasova bu tədbirlərin sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyasına əlavə bir stimul olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra tədbirdə iştirak edən müvafiq yerli hökümət orqanları, biznes strukturları və vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyasının və sosial inkluzivliyinin artırılması ilə bağlı müzakirədə dəyərli fikirlər söyləmiş və bu kimi tədbirlərin əhəmiyyətini vurğulamışdırlar.

34 nəfər müvafiq yerli hökümət orqanları, biznes strukturları və vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda iştirakçılar tərəfindən tədbirin ümumi qiymətləndirməsi, həmçinin sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyası ilə bağlı məsələlərin birgə müzalikəsinin əhəmiyyətinin bir sıra aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

5

6

7

8

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Февраль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 12
3456789
10111213141516
17181920212223
2425262728  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov