Layihənin İdarəetmə strukturunun Gəncə Avro-Atlantik Məlumat Mərkəzinə Monitorinq Səfəri
31 yanvar 2019-cu il tarixində Gəncə Avro-Atlantik Məlumat Mərkəzində (GAAMM) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (Şərq Tərəfdaşlığı Ərazi Əməkdaşlığı Proqramının İdarəetmə qurumu) nümayəndələri Mariana Şaumberger və Fariz Qarayev tərəfindən Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, “Əlilliyi olan şəxslər üçün Mərkəz” (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatlarının birgə icra etdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin icrasının monitorinqi həyata keçirilmişdir. Görüşdə GAAMM-ın layihə üzrə işçi heyəti ilə bərabər, tərəfdaş “Əlilliyi olan şəxslər üçün Mərkəz” və Azərbaycana Birgə Yardım(UAFA) təşkilatlarının nümayəndələri də iştirak edirdi.
Görüş zamanı, layihə çərçivəsində 07 mart 2018 — 31 yanvar 2019 il dövrü ərzində həyata keçirilmiş fəaliyyətlərlə bağlı layihənin indikatorlarına nə dərəcədə nail olunduğu barəsində GAAMM tərəfindən hesabat xarakterli təqdimat edilmişdir.
Monitorinq səfəri müddətində idarəetmə qurumunun nümayəndələri tərəfindən layihə tərəfdaşlarının nümayəndələrinə yekun proqram və maliyyə hesabatlarının hazırlanmasına dair dəyərli məsləhətlər və tövsiyyələr verilmişdir.