Azərbaycanca | English

Picture1

3

2

4

 

 

 

 

Şərq Tərəfdaşlığı proqramı çərçivəsində icra olunan layihənin
Yekun Konfransı keçirilib

Gəncə şəhərində, 15 mart 2019-cu il tarixində Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin Yekun Konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov tədbirin məqsədi və proqramı haqqında konfrns iştirakçılarına məlumat verib. Sonra Mehman Xəlilov bildirib ki, əlilliyi olan şəxslər xüsusilə, sağlamlıq imkanları məhdud olan uşaqlar ölkəmizdə ən həssas qruplardan birini təşkil edir, məhs bu səbəbdən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası dövlətimizin sosial siyasətinin əsas prioritet sahələrindən birini təşkil edir. Daha sonra Mehman Xəlilov həyata keçirilən bu layihə çərçivəsində icra olunan fəaliyyətlərin sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyasına və sosial inkluzivliyinin artırılmasına əlavə bir dəyər gətirdiyini vurğulayıb.
Sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Gəncə-Qazax bölgəsi üzrə koordinatoru Fariz Qarayev Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən bu layihənin uğurlu nəticələrini qeyd etdi və konfransın gedişatı haqqında təəssüratlarını bölüşərək tədbir iştirakçılarına uğurlar arzuladı.
Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Fazilqızı çıxış edərək icra olunan bu layihənin ictimai əhəmiyyətini vurğuladı eyni zamanda, o, layihə icrası ilə bağlı vacib olan təşkilati dəstəyin göstərildiyini qeyd edərək layihə komandasına və konfrans iştirakçılarına uğurlar arzuladı.
Daha sonra, layihə rəhbəri Mehman Xəlilov çıxış edərək layihə çərçivəsində 60 nəfər uşağın kompyuter sahəsində bilik və bacarıqlarının genişləndirildiyini, 25 nəfər yeniyetmə və gəncin Karyera ilə bağlı məlumatlığının artırıldığını , 62 nəfər uşağın layihə çərçivəsində təşkil edilmiş reabilitasiya xidmətlərindən yararlandığını, 40 uşaq və gəncin, həmçinin 60 valideynin psixoloji məsləhət xidmətlərindən yararlandığını, 61 nəfər uşağın musiqi, incəsənət və əl işləri məşğələlərindən bəhrələndiyini, 50 nəfər uşağın idman və fiziki terapiya xidmətlərindən yaralandığını və ümumilikdə 213 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqların layihədən birbaşa bəhrələndiklərini konfrans iştirakçılarının qiqqətinə çatdırdı.
Sonra “Əlilliyi olan şəxslər üçün mərkəz”in (Gürcüstan) direktoru Nana Zerekidze və UAFA-nın layihə üzrə koordinatoru Sevinc Rzayeva layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin uğurlu nəticələri barəsində şıxış edərək konfrans iştirakçılarına geniş məlumat verdilər.
Daha sonra, layihə üzrə UAFA-nın Gəncə İƏRM-nin koordinatoru Rəzalə Abbasova layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə keçirilən tədbirlərin təşkilinə hökumət strukturlarının və özəl sektorun dəstəyinin əhəmiyyəti haqqında, Gəncə Dövlət Universitetinin psixoloqu İlham Məmmədov layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların valideynlərinə psixoloji dəstək vasitəsilə göstərilən sosial xidmətlərin müsbət nəticələri barəsində və layihədən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin valideynləri Əsgər Məmmədov və Sahibə Eminova tərəfindən layihənin sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin özünəinam hissinin, sosial inluzivliyinin və ümumi inkişafının gücləndirilməsinə müsbət təsiri , həmçinin bu kimi layihələrin davamlı olmasının vacibliyi ilə bağlı çıxışlar edildi.
50 nəfər müvafiq yerli hökümət orqanları, biznes strukturları, vətəndaş cəmiyyəti təsisatları, media və layihənin idarəedici qurumunun (GİZ) nümayəndələrinin, həmcinin tərəfdaş təşkilatlar olan “Əlilliyi olan şəxslər üçün mərkəz”in (Gürcüstan), UAFA-nın (Azərbaycan) nümayəndələrinin və xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin valideynlərinin iştirakı ilə həyata keçirilən konfransda layihə icrası nəticəsində əldə olunan uğurlu nəticələr barəsində ictimaiyyət geniş təbəqəsi məlumatlandırıldı.

5

6

7

8

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Февраль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 12
3456789
10111213141516
17181920212223
2425262728  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov