Azərbaycanca | English

Tarix: 01.09.2022-ci il

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 sentyabr 2022-ci il tarixindən etibarən “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsinin icrasına başlanılmışdır.

 Layihə Gəncə şəhərlərinin həmçinin, Samux və Kəlbəcər royonlarının (hədəf ərazilər)  Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin  kitabxana resurslarının rəqəmsallaşdırılması ilə hədəf və digər ərazilərdə yaşayan kitabxana istifadəçilərinin, xüsusilə hərəkət məhdudiyyəti olan vətəndaşlarımızın elektron kitabxana resursları  ilə təmin edilməsi sahəsində yeni imkanların yaradılması məqsədini daşıyır.

Bu məqsədlə hədəf kitabxanaların 18  əməkdaşının elektron kitabxana resurslarının yaradılması və idarə edilməsi, nəşrlərin rəqəmsallaşdırılması sahəsində həmçinin, milli və beynəlxalq elektron kitabxana    resurslarından istifadə ilə bağlı  kitabxana istifadəçilərinə məsləhətlərin verilməsi sahəsində bilik və bacarıqlarının artırılması nəzərdə tutulur.

Layihə dövründə hədəf  kitabxanaların  oxu zallarının hər birinin 1 ədəd kompyuter avadanlığı ilə təmin edilməsi nəticəsində kitabxana resurlarının rəqəmsallaşdırılması həmçinin, kitabxana istifadəçilərinə elektron resurslardan istifadə ilə bağlı yeni imkanlar  yaradılacaqdır.

Hədəf  kitabxanaların, layihə dövründə və layihədən sonrakı dövrdə kitabxana resurslarının rəqəmsallaşdırılmasının əlaqələndirilməsi və istiqamətləndirilməsi məqsədilə Gəncə şəhər mərkəzi kitabxanasında Regional Metodik Mərkəzin yaradılması nəzərdə tutulur.

Layihə çərçivəsində görülən işlər, layihənin məqsəd və vəzifələri həmçinin əldə olunan uğurlu nəticələr və layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənməsi barəsində geniş ictimaiyyət Press-Relizlərin kütləvi informasiya vasitələrində yayımlanması ilə məlumatlandırılacaqdır.

Layihə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri”nə, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”na və Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə uyğundur.

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Декабрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov