Azərbaycanca | English

Elan: GA-02                                          Tarix: 05.09.2022

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə   icra olunan “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi”  layihəsi çərçivəsində

               5 istiqamət üzrə xidmətlərin və malların satınalınması ilə bağlı müsabiqə elan edir.

  1. Tədbir iştirakçıları üçün dəftərxana ləvazımatı, 43 dəst (qovluq, qələm, bloknot, pozan, karandaş və s.);
  2. Tədbir iştirakçılarının çay və ya kofe fasiləsinin təşkili, 9 tədbirdə iştirak edən cəmi 72 nəfər üçün;
  3. Tədbirlərin foto çəkilişin aparılması, 9 tədbir və 1 yekun konfransın foto çəkilişinin aparılması üçün;
  4. Tədbirlərin video çəkilişin aparılması, 9 tədbir və 1 yekun konfransın video çəkilişinin aparılması üçün;
  5. Məlumat lövhəsinin (2 kv.m.* 1 kv.m.) çap olunması və roll upla (1 ədəd) birlikdə təhvil verilməsi.

Qeyd edilən tədbirlər (1-4 maddələr üzrə) 2022-ci ilin oktyabr ayı ərzində Gəncə şəhərində keçiriləcəkdir.

 Yuxarıda qeyd olunan sahələr üzrə  təcrübəsi olan iddiaçılar mövzu yerində müvafiq olaraq “Dəftərxana  ləvazımatı”, “Çay fasiləsinin təşkili” , “Foto çəkilişin aparılması”,  “Video çəkilişin aparılması”, “Məlumat lövhəsinin çap olunması” qeyd edərək 1-4 maddələr üzrə 2022-ci il sentyabrn 23 tarixinədək, 5-ci maddə üzrə 2022-ci il sentyabrn 10 tarixinədək təkliflərini euroatlanticcenter@gmail.com elektron ünvanına göndərməli və ya Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Satınalmalar Komitəsinə təqdim etməlidirlər. Yalnız seçilmiş  namizədlər müsahibəyə dəvət ediləcəklər.

Satınalmalar üzrə Komitə

Ünvan: Gəncə şəhəri, Nizami küçəsi 81

Telefon: 050 5919115; 022 2569406
E-mail: euroatlanticcenter@gmail.com

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Февраль 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 12
3456789
10111213141516
17181920212223
2425262728  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov