Elan: SA-07 Tarix: 19.08.2024
“İnnovativ İnkişaf” MMC tərəfindən, BMT İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Gəncə-Daşkəsən bölgəsində yaşayan sosial cəhətdən daha həssas gənclərin əmək bazarı yönümlü rəqəmsal bacarıqlarının artırılması ilə onlarıın məşğulluq imkanlarının genişləndirilməsinə dəstək göstərilməsi” sosial sahibkarlıq təşəbbüsü çərçivəsində Ofis icarəsinə dair təkliflərin qəbulu açıq elan edilir.
İcarəyə götürülən ofisə dair tələblər:
- Təmirli və təmiz olmalıdır;
- Elektrik və qaz təhcizatı xəttləri təhlükəsizlik normalarına cavab verməlidir;
- İctimai nəqliyyatların hərəkət qovşaqlarına yaxın olmalıdır;
- İcarə üçün təklif edilən sahə minimum 100 m2 olmalıdır.
“İnnovativ İnkişaf” MMC iddiaçılara bildirir ki, təkliflərini innovativdevelopment@gmail.com e-mail ünvanına 31 avqust 2024-cü il saat 18:00-dək göndərsinlər. İddiaçılar özləri haqqında məlumatları da (ünvan, VÖEN, bank rekvizitləri, fəaliyyət sahələri) təqdim etməlidirlər. Təkliflər müsabiqə üzrə qiymətləndirmə keçirilən gündən etibarən 30 gün ərzində qüvvədə olmalıdır. Təkliflərin qiymətləndirilməsi zamanı yuxarıda qeyd edilən “İcarəyə götürülən ofisə dair tələblər”, icarə haqqı və digər meyarlar asas götürüləcəkdir.
“İnnovativ İnkişaf” MMC
Telefon: 050 5919115
E-mail: innovativdevelopment@gmail.com