Tarix: 18 oktyabr 2022-ci il
Gəncə şəhərində, 17-18 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra edilən “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Müəllif hüquqları qorunan nəşrlərin rəqəmsallaşdırılması və kitabxanaların lokal şəbəkəsində istifadəçilərə təqdim edilməsi qaydaları” mövzusunda tədbir həyata keçirilib.
Təlimin məruzəçi eksperti, Azərbaycan Milli Kitabxanasının əməkdaşı və “Azərbaycanın vahid mərkəzləşdirilmiş kitabxana informasiya sistemi” (ALİSA) proqramı üçrə aparıcı mütəxəssis Təranə xanım Cəfərova tərəfindən Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının 18 nəfər kitabxana əməkdaşlarına “Müəllif hüquqları qorunan nəşrlərin rəqəmsallaşdırılması və kitabxanaların lokal şəbəkəsində istifadəçilərə təqdim edilməsi qaydaları həmçinin, Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi” və ALİSA proqramı barəsində maraqlı təqdimatla təlim kecirildi.
Təlimin sonunda iştirakçılar tərəfindən təlimin ümumi qiymətləndirilməsi, həmçinin təlimin mövzuları ilə bağlı məsələlərin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.