Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən 2008-ci ildə yaradılmış İnformasiya Resurs Mərkəzində informasiya istifadəçilərinə Azərbaycanın Avro-Atlantik inteqrasiya prosesləri, Azərbaycan- NATO tərəfdaşlıq əlaqələri, Avro-Atlantik strukturlar və bu strukturlarla ölkəmizin tərəfdaşlıq əlaqələri, Avropa dəyərləri, Avro-Atlantik məkanda təhlükəsizlik məsələləri, Avropa təhsil məkanı, gənclərin inkişafı və digər mövzularda ictimai əsaslarla informasiya təminatı xidməti həyata keçirilir.
Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin İnformasiya Resurs Mərkəzində istifadəçilərin informasiya ehtiyaclarının ödənilməsi çap materialları və Internetə qoşulmuş kompyuterlərin vasitəsilə həyata keçirilir. Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin İnformasiya Resurs Mərkəzinin informasiya təminatı xidmətindən il ərzində təqribən 950 nəfər ictimaiyyətin nümayəndəsi, xüsusilə gənclər informasiya ehtiyaclarının ödənilməsilə bəhrələnirlər.