Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin daha fəal və geniş miqyaslı fəaliyyət dövrü əsasən layihələrin icra edildiyi dövrü əhatə edir. Layihələrin icra dövründə təşkilatımız ictimai məlumatlandırma və maarifləndirmə fəaliyyətini yalnız Gəncə şəhərində deyil, eyni zamanda Samux, Şəmkir və Göygöl rayonlarında da həyata keçirir. Bundan başqa layihələrin icra müddətində təşkilatımız tərəfindən həyata keçirilən dəyirmi masalar, seminarlar və digər tədbirlər ictimaiyyət tərəfindən çox maraqla qarşılanır və birbaşa məlumatlandırma üçün yeni imkanlar yaranır. Təşkilatımız tərəfindən həyata keçirilən tədbirlər və digər fəaliyyətlər barəsində daha geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə KİV-lər tədbirlərə dəvət edilir və onların məlumatlandırma imkanlarından istifadə edilir.
Gəncə Avro-Atlantik Məklumat Mərkəzi tərəfindən fəaliyyəti dövründə aşağıda göstərilən uğurlu və ictimai əhəmiyyətli layihələr həyata keçirmişdir:
1. “Azərbaycanın dünya birliyinə inteqrasiyası: Uğurlar və perspektivlər” layihəsi
İcra dövrü: 01 may-30 dekabr 2008-ci il
2. “Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyası: İnkişafa gedən yol” layihəsi
İcra dövrü: 01aprel-30 noyabr 2009-cu il
3. “Azərbaycanın Avropaya inteqrasiyasında informativ texnologiyaların rolunun artırılması” layihəsi
İcra dövrü: 01aprel-30 sentyabr 2010-cu il.
4. “Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimai dəstəyin gücləndirilməsi” layihəsi
İcra dövrü: 01 may-31 avqust 2013-cü il
5. “Azərbaycanın avro-atlantik inteqrasiya prosesləri və NATO ilə tərəfdaşlığı barəsində ictimaiyyətin
məlumatlandırılması” layihəsi
Donor: NATO İctimai Diplomatiya Bölməsi
İcra dövrü: 01 iyul-30 noyabr 2014-cü il
6. “Gəncə şəhərində fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı yeni sosial xidmət sahəsinin yaradılması” layihəsi
Donor: Azərbaycan Respublikasının Prezidenti yanında QHT — lərə Dövlət Dəstəyi Şurası
İcra dövrü: 01 may-31 avqust 2015-ci il
7. “Azərbaycanda informasiya cəmiyyətinin inkişafı mərhələsində kibertəhlükəsizlik məsələləri ilə bağlı həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsi” layihəsi
Donor: Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası
İcra dövrü: 04 may 2016 — 04 sentyabr 2016-cı il dövrünü əhatə edir.
Layihələr çərçivəsində görülən işlər və əldə olunan uğurlu nəticələr barəsində daha geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə İnternetdə və KİV-lərdə Press-relizlər, hesabatlar və digər materiallar yerləşdirilir.