Azərbaycanca | English

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi (GAAMM) respublikamızın Qərb bölgəsində Azərbaycanın Avro-Atlantik inteqrasiya prosesləri, Azərbaycan-NATO tərəfdaşlığı, Avropa dəyərləri, Avropa təhsil proqramları, gənclərin inkişafı, regionda sülh və təhlükəsizlik məsələləri, həmçinin digər mövzularda ictimai məlumatlandırma və maarifləndirmə fəaliyyətini həyata keçirir. Bu məqsədlə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi fəaliyyətini iki istiqamətdə təşkil edir:

  • GAAMM İnformasiya Resurs Mərkəzi vasitəsilə informasiya istifadəçilərinə ictimai əsaslarla informasiya təminatı xidmətini təşkil edir;
  • GAAMM ictimai məlumatlandırma və maarifləndirmə fəaliyyətinin birbaşa və səmərəli həyata keçirilməsi üçün seminarlar və dəyrimi masa tədbirləri təşkil edir.

Tədbirlərin keçirilməsində normal işçi şəraitin yaradılması və birgə fəaliyyətin təşkili məqsədilə Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universiteti ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi arasında Memorandumlar imzalanmışdır.
Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin daha fəal və geniş miqyaslı fəaliyyət dövrü əsasən layihələrin icra edildiyi dövrü əhatə edir. Layihələrin icra dövründə təşkilatımız ictimai məlumatlandırma və maarifləndirmə fəaliyyətini yalnız Gəncə şəhərində deyil, eyni zamanda Samux, Şəmkir və Göygöl rayonlarında da həyata keçirir. Bundan başqa layihələrin icra müddətində təşkilatımız tərəfindən həyata keçirilən dəyirmi masalar, seminarlar və digər tədbirlər ictimaiyyət tərəfindən çox maraqla qarşılanır və birbaşa məlumatlandırma üçün yeni imkanlar yaranır. Təşkilatımız tərəfindən həyata keçirilən tədbirlər və digər fəaliyyətlər barəsində daha geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə KİV-lər tədbirlərə dəvət edilir və onların məlumatlandırma imkanlarından istifadə edilir.

“Gəncə Avro-Atlantik Məlumat Mərkəzi” (GAAMM) ictimai birliyi, Azərbaycanın Gəncə şəhərində yerləşən və Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimai dəstəyin gücləndirilməsi məqsədi daşıyan milli qeyri-hökumət təşkilatıdır. Bu məqsədə nail olmaq üçün Gəncə Avro-Atlantik Məlumat Mərkəzi respublikamızın qərb regionunda Azərbaycanın Avro-Atlantik inteqrasiya prosesləri, Avropa dəyərləri və Avro-Atlantik strukturların fəaliyyəti barəsində ictimai məlumatlandırma və maarifləndirmə fəaliyyətini həyata keçirir. “Gəncə Avro-Atlantik Məlumat Mərkəzi” İctimai Birliyi 26 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş və əsaslı fəaliyyətə başlamışdır.

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi formalaşmış təşkilati struktura, müxtəlif istiqamətlər üzrə fəaliyyət sektorlarına və geniş coğrafi fəaliyyət dairəsinə malikdir.

Təşkilatın idarəetmə strukturu:

  • Ümumi yığıncaq
  • Nəzarət Təftiş Komissiyası
  • İdarə Heyəti
  • İnzibati bölmə
  • Maliyyə bölməsi
  • Proqram bölməsi
  • Üzvlər

İdarə heyəti 3 nəfərdən ibarətdir. İdarə heyətinin sədri Mehman Xəlilovdur.

Təşkilatımızda Avro-Atlantik inteqrasiya proqramı və gənclərin inkişafı proqramı fəaliyyət göstərir.

Fəaliyyətin daha səmərəli və intensiv təşkili məqsədilə hər ilin noyabr ayında növbəti il üçün Fəaliyyət Planı hazırlanır və İdarə heyəti tərəfindən təsdiqlənir. Təşkilatın fəaliyyətinin ümumi qiymətləndirilməsi ildə bir dəfə keçirilən Ümumi yığıncaqda həyata keçirilir.

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov