Tarix: 25.05.2013
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimaiyyətin dəstəyinin gücləndirilməsi” layihəsi çərçivəsində 25 may 2013-cü il tarixində “NATO-Azərbaycan əlaqələri: Qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda Gəncə Dövlət Universitetində dəyirmi masa tədbiri keçirilmişdir.Əlli nəfər tələbə, müəllim və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən bu tədbirdə məruzəçi-ekspert Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər idarəsinin əməkdaşı Vüqar Qurbanov olmuşdur. Dəyirmi masa tədbirinin iştirakçıları NATO-Azərbaycan əlaqələrinin bugünki dinamikası, Avro-Atlantik strukturlar, Avro-Atlantik inteqrasiya və NATO-Azərbaycan arasındakı geniş spektrli məsələlərə dair praktik əməkdaşlıq barəsində əhəmiyyətli məlumatlar əldə etdilər. Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə gənclərin dəstəyinin artırılması məqsədi daşıyan bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilmişdir.
Tədbirdə KİV nümayəndəsinin(Kəpəz TV) iştirakının təmin edilməsi tədbir haqqında daha geniş ictimaiyyətin məlumatlandırılmasına zəmin yaratmışdır.
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.