Tarix: 05.07.2013
Azərbaycanda NATO həftəsinin keçirilməsi çərçivəsində 01-05 iyul 2013-cü il tarixində NİSA tərəfindən “2014-dən sonra Əfqanıstan” movzusunda Yay sessiyası keçirilmişdir.Tədbirdə əsasən Əfqanıstanın 2014-cü ildən sonra qarşılaşa biləcəyi problemlərə (NATO qüvvələrini 2014-cü ildə tədricən Əfqanıstandan çıxarmağı planlaşdırır) ölkənin gələcək inkişafı üçün yaranacaq imkanlara, regional və beynəlxalq əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılmışdır. 15-dən cox xarici ölkə nümayəndəsinin iştirakı ilə keçirilən bu beynəlxalq tədbirdə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin iki nümayəndəsi (Vüsal Kərimli və Nigar Talıbova) iştirak etmişdirlər.
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.