Azərbaycanca | English

Tarix: 08.11.2013

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimaiyyətin dəstəyinin gücləndirilməsi” layihəsi çərçivəsində 08 noyabr 2013-cü il tarixində : “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı: Gənclərin avrointeqrasiya proseslərində iştirakını gücləndirən faktor” mövzusunda Gəncə Dövlət Universitetində dəyirmi masa tədbiri keçirilmişdir.

Əllidən cox tələbə, müəllim və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən bu tədbirin məruzəçisi, Avropa təhsil proqramları üzrə ekspert Fərid Məmmədov olmuşdur.

Dəyirmi masa tədbirinin iştirakçıları “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, həmçinin Avropa təhsil proqramları və Avropa universitetlərinin təqaüd proqramlarından istifadə imkanları barəsində əhəmiyyətli məlumatlar əldə etdilər.

Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimaiyyətin dəstəyinin artırılması məqsədi daşıyan bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilmişdir.

 

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Март 2025
Пн Вт Ср Чт Пт Сб Вс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov