Azərbaycanca | English

Tarix: 08.11.2013

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimaiyyətin dəstəyinin gücləndirilməsi” layihəsi çərçivəsində 08 noyabr 2013-cü il tarixində : «Azərbaycan-NATO əməkdaşlığı: Fövqəladə hallara hazırlıq sahəsində milli imkanların artırılması» mövzusunda Gəncə Dövlət Universitetində dəyirmi masa tədbiri keçirilmişdir.

Əllidən çox tələbə, müəllim və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən bu tədbirdə məruzəçi-ekspert Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər idarəsinin əməkdaşı Nadir Saraclı olmuşdur.

Dəyirmi masa tədbirinin iştirakçıları Azərbaycan-NATO əməkdaşlığının ,xüsusilə ölkəmizin NATO-nun Mülki Fövqəladə Planlama məsələlərində və Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzin təlimlərində iştirakının, respuplikamızda fövqəladə hallara hazırlıq sahəsində milli imkanların artırılmasına müsbət təsiri barəsində əhəmiyyətli məlumatlar əldə etdilər. Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimaiyyətin dəstəyinin artırılması məqsədi daşıyan bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilmişdir.

 

 

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov