Azərbaycanca | English

1

2

3

4

 

 

 

 

Layihənin İdarəetmə qurumunun Gəncə Avro-Atlantik Məlumat Mərkəzinə Monitorinq Səfəri

2322 iyun 2018-ci il tarixində Gəncə Avro-Atlantik Məlumat Mərkəzində (GAAMM) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (Şərq Tərəfdaşlığı Ərazi Əməkdaşlığı Proqramının İdarəetmə qurumu) nümayəndələri Mariana Şaumberger, İrine Muşkudiani, və Fariz Qarayev tərəfindən Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, “Əlilliyi olan şəxslər üçün Mərkəz” (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatlarının birgə icra etdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin icrasının ilk monitorinqi həyata keçirilmişdir. Görüşdə GAAMM-ın layihə üzrə işçi heyəti ilə bərabər, tərəfdaş “Əlilliyi olan şəxslər üçün Mərkəz” və Azərbaycana Birgə Yardım(UAFA) təşkilatlarının nümayəndələri də iştirak edirdi.

Görüş zamanı, layihə çərçivəsində 2018-ci ilin 07 mart- 22 iyun 2018-c il dövrü ərzində həyata keçirilmiş fəaliyyətlərlə bağlı GAAMM tərəfindən hesabat xarakterli təqdimat edilmişdir. Monitorinq səfəri müddətində İdarəetmə qurumunun nümayəndələri tərəfindən layihə tərəfdaşlarının layihənin icrası ilə bağlı müxtəlif sualları cavablandırılmış və dəyərli tövsiyə və məsləhətlər verilmişdir.

27

24

5

6

7

8

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov