Azərbaycanca | English

Picture1

Picture2

 

 

 

 

 

Elan: GŞ-09                                                                                                                   Tarix: 02.07.2018

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “Azərbaycanın qərb bölgəsində sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin informasiya, təhsil və məşğulluq imkanlarının yaradılması ilə cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi”  layihəsi çərçivəsində “Karyera hədəfinin seçilməsi”,  “İş axtarma bacarıqları”, “CV-nin düzgün yazılması”,  “Müsahibə qabiliyyəti”,  “Təqdimat və Effektiv Kommunikasiya”, “Təqdimatların  hazırlanması”,  “İdeyaların mübadiləsi”,  “Evdən kənara çıxmadan işləmək və təhsil almaq imkanları”,  “Sənədlərin və dərslərin paylaşılması”,  “Online öyrənmə” mövzularında təşkil ediləcək seminarlarda

 məruzəçi ekspert vəzifəsi üçün vakansiya elan edilir.

Yuxarıda qeyd olunan mövzularla bağlı tədbirlərdə aparıcılıq təcrübəsinə malik, ali təhsilli, elektron təqdimatların hazırlanmasında peşəkar bacarığı olan və bu sahələr üzrə müvafiq sertifikatlar əldə etmiş namizədlərdən mövzu yerində “Məruzəçi ekspert” qeyd edərək, CV-lərini 20 iyul 2018-ci il tarixinədək  euroatlanticcenter@gmail.com elektron ünvanına göndərməkləri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər.

 

Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin

Satınalmalar üzrə komissiyası

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov