Azərbaycanca | English

Picture1

3

2

4

 

 

 

 

1-1-119-20 iyul 2018-c il tarixində Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin (GAAMM) təlimlər üzrə koordinatoru Əhməd Quliyev Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, “Əlilliyi olan şəxslər üçün Mərkəz” (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatlarının birgə icra etdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində Rustavi şəhərində yerləşən “Əlilliyi olan şəxslər üçün Mərkəz”ə səfər etmişdir.

Səfər müddətində GAAMM –ın təlimlər üzrə koordinatoru “Əlilliyi olan şəxslər üçün Mərkəz”də layihə çərçivəsində sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiyası məqsədilə həyata keçirilən müxtəlif fəaliyyətləri müşahidə etmişdir. Bundan əlavə, “Əlilliyi olan şəxslər üçün Mərkəz”in direktoru xanım Nana Zerekidze və təşkilatın mühasibi Nana Bakradze ilə layihənin icra prosesinə, o cümlədən fəaliyyət planına əsasən nəzərdə tutulan təlimlərin təşkilinə dair müzakirələr aparılmışdır.

1-2-2

1-3-3

5

6

7

8

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov