Azərbaycanca | English

Picture1

Picture2

 

 

 

 

Xüsusi qayğıya ehtiyacı olan gənclərin əmək bazarına hazırlıq imkanlarının genişləndirilməsi

IMG_151830-31 iyul 2018 ci il tarixində, Gəncə şəhərində xüsusi qayğıya ehtiyacı olan gənclər üçün “Uğurlu karyeranın qurulması” mövzusunda 2 günlük seminar keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra olunan “Azərbaycanın qərb bölgəsində sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin informasiya, təhsil və məşğulluq imkanlarının yaradılması ilə cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Tədbiri giriş nitqi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov açaraq bildirdi ki, əlilliyi olan şəxslər ölkəmizdə ən həssas qruplardan birini təşkil edir. Məhs bu səbəbdən əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası dövlətimizin sosial siyasətinin əsas prioritet sahələrindən biridir.
Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan gənclərin iştirakı ilə “Uğurlu karyeranın qurulması” mövzusunda keçirilən bu tədbir onların əmək bazarına hazırlanması və özünəinam hissinin gücləndirilməsi kontekstində olduqca əhəmiyyətli bir tədbirdir.
Tədbirin məruzəçi eksperti Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarna “Karyera hədəfinin seçilməsi”, “İş axtarma bacarıqları”, “CV-nin düzgün tərtibatı”, “Müsahibə qabiliyyəti” mövzularında geniş məlumatlar vermişdir.

IMG_1365

IMG_1579

 

 

 

 

 

 

 

12 nəfərdən çox xüsusi qayğıya ehtiyacı olan gənclərin, həmçinin onların valideynlərinin və layihənin könüllülərinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası və əmək bazarına hazırlığı məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Gəncə və ətraf rayonlarda yaşayan sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi məqsədi daşıyan bu tədbir “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğundur.

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov