Azərbaycanca | English

Picture1

Picture2

 

 

 

 

Xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin informasiya və təhsil
imkanlarının genişləndirilməsi

IMG_1966Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra olunan “Azərbaycanın qərb bölgəsində sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin informasiya, təhsil və məşğulluq imkanlarının yaradılması ilə cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Tədbiri giriş nitqi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov açaraq bildirdi ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiyası, özünəinam hissinin gücləndirilməsi və ümumi inkişafı baxımından təhsil, o cümlədən “Online təhsil” ən mühüm və əhəmiyyətli amillərdən biridir.

Bununla bağlı xüsusi qayğıya ehtiyacı olan uşaqlara və gənclərə digər həmyaşıdları ilə bərabər təhsil imkanlarının yaradılması məqsədi ilə dövlət tərəfindən qəbul edilmiş proqramlarda və strateji fəaliyyət planlarında xüsusi yer ayrılmışdır ki, bu da xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiyasına öz töhfəsini verir.

Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin iştirakı ilə “E-iştirakçilıq və Online təhsil” mövzusunda keçirilən bu seminar onların informasiya və təhsil imkanlarının genişləndirilməsi kontekstində olduqca əhəmiyyətli bir tədbirdir.

IMG_1884

IMG_1981

Tədbirin məruzəçi eksperti Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarna “Təqdimatların hazırlanması”, “İdeyaların mübadiləsi”, “Evdən kənara çıxmadan işləmək və təhsil almaq imkanları”, “Sənədlərin və dərslərin paylaşılması” və “Online öyrənmə” mövzularında geniş məlumatlar verdi.

12 nəfərdən çox xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin, həmçinin onların valideynlərinin və layihənin könüllülərinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiyası, həmçinin informasiya və təhsil Imkanlarının genişləndirilməsi məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Gəncə və ətraf rayonlarda yaşayan sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi məqsədi daşıyan bu tədbir “Azərbaycan 2020:gələcəyə baxış” İnkişaf Konsepsiyasına, “2018-2024-cü illərdə Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğundur.

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov