Elan: SA-12 Tarix: 01.11.2018
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəciliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində “Advokasi və Kommunikasiya” mövzusunda təşkil ediləcək seminarlarda
məruzəçi ekspert vəzifəsi üçün vakansiya elan edilir.
Yuxarıda qeyd olunan mövzularla bağlı tədbirlərdə aparıcılıq təcrübəsinə malik, ali təhsilli, elektron təqdimatların hazırlanmasında peşəkar bacarığı olan və bu sahələr üzrə müvafiq sertifikatlar əldə etmiş namizədlərdən mövzu yerində “Məruzəçi ekspert” qeyd edərək, CV-lərini 15 noyabr 2018-ci il tarixinədək euroatlanticcenter@gmail.com elektron ünvanına göndərməkləri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər.
Seminarlar 22 noyabr – 27 noyabr 2018-ci il tarixlərində təşkil ediləcəkdir.
Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin
Satınalmalar üzrə qiymətləndirmə komissiyası