Azərbaycanca | English

Picture1

3

2

4

 

 

 

 

Gəncədə xüsusi qayğıya ehtiyacı olan gənclərin iştirakı ilə tədbir keçirilmişdir

24-30 oktyabr 2018 ci il tarixində, Gəncə şəhərində xüsusi qayğıya ehtiyacı olan gənclər üçün “Karyera hədəfinin seçilməsi”, “İş axtarma bacarıqları”, “CV-nin düzgün yazılması”, “Müsahibə qabiliyyəti”, ”Təqdimatların hazırlanması” və “Onlayn təhsil” mövzularında 5 günlük seminar keçirilib.

IMG_5526Tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Tədbiri giriş nitqi ilə layihənin rəhbəri və Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov açaraq bildirdi ki, əlilliyi olan şəxslər ölkəmizdə ən həssas qruplardan birini təşkil edir. Məhs bu səbəbdən əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası dövlətimizin sosial siyasətinin əsas prioritet sahələrindən biridir.
Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan gənclərin iştirakı ilə müvafiq mövzularda həyata keçirilən bu tədbir onların əmək bazarına hazırlanması və özünəinam hissinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətli bir tədbirdir.

Sonra layihənin koordinatoru Əhməd Quliyev çıxış edərək tədbir iştiakçılarına seminarlarda əldə edəcəkləri bilgilərin gənclərin gələcək planlarının həyata keçirilməsində onlar üçün vacibliyini vurğuladı və tədbirdə gənclərin fəal olmalarını tövsiyə etdi.

IMG_5627

IMG_5697

Tədbirin məruzəçi eksperti Gülnura Səfərova xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına “Karyera hədəfinin seçilməsi”, “İş axtarma bacarıqları”, “CV-nin düzgün yazılması”, “Müsahibə qabiliyyəti”, ”Təqdimatların hazırlanması” və “Onlayn təhsil” mövzularında geniş məlumatlar vermişdir.
Daha sonra gənclərin əldə etdikləri biliklərin möhkəmləndirilməsi üçün Qruplarla iş aparılmışdır.
16 nəfər xüsusi qayğıya ehtiyacı olan gənclərin, həmçinin onların valideynlərinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası, onlayn təhsil və əmək bazarına hazırlığı məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

5

6

7

8

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Декабрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov