Azərbaycanca | English

Picture1

3

2

4

 

 

 

 

Layihə fəaliyyətləri ilə bağlı Göygöl və Şəmkir rayonlarında müvafiq dövlət qurumlarının və ictimaiyyətin məlumatlandırılması davam etdirilir

Layihə fəaliyyətləri ilə bağlı Göygöl və Şəmkir rayonlarında müvafiq dövlət qurumlarının və ictimaiyyətin məlumatlandırılması davam etdirilir. Bu məqsədlə, dekabr ayının 17-dən başlayaraq Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin (GAAMM) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatının Gəncə İcma əsaslı Reabilitasiya Mərkəzinin (GİƏRM) layihə üzrə əsas işçi heyəti Göygöl və Şəmkir rayonlarına növbəti səfərlərə başlamışdırlar.

Göygöl rayonuna səfərlər çərçivəsində Göygöl rayon Təhsil Şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi, Aərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində olan Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi, Göygöl rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində görüşlər keçirilmişdir. Görüşlərdə Göygöl rayon İcra Hakiyyətinin nümayəndəsi Vüqar Hüseynov iştirak etmişdir.

 

Göygöl rayon Təhsil Şöbəsində rayon Təhsil şöbəsinin müdiri Elbrus Atayevin və şöbənin evdə təhsil komissiyasının üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə rayonda sağlamlıq imkanları məhdud olan uşaqların evdə təhsili və təhsildə inkluzivlik məsələləri ətraflı müzakirə edilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsində keçirilmiş görüşdə şöbənin qeydiyyatında olan xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin layihə fəaliyyətlərinə cəlbi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil edilmiş görüşün əvvəlində mərkəzin rəhbəri Rəbiyyə Abdullayeva sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiyası ilə bağlı həyata keçirdikləri fəaliyyətlər barəsində məlumat vermişdir. Daha sonra layihənin rəhbəri Mehman Xəlilov və GİƏRM-nin koordinatoru Rəzalə Abbasova layihə çərçivəsində təşkil edilmiş xidmətlər haqqında Mərkəzin əməkdaşlarını məlumatlandırmışdırlar. Görüşdə eyni zamanda təşkilatlar arasında gələcəkdə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Göygöl rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində təşkil edilmiş görüşündə Uşaq şöbəsində qeydiyyatda olan xüsusi qayğıya ehtiyacı olan uşaqların layihə çərçivəsində təşkil edilmiş xidmətlərdən bəhrələnmələri ilə bağlı sahə həkimləri və tibb işçiləri geniş şəkildə məlumatlandırılmışdır.
Şəmkir rayonuna təşkil edilmiş səfərlər çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi, Şəmkir rayon Təhsil Şöbəsi, Şəmkir rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində və Uşaq psixoloji inkişaf mərkəzində, həmçinin Şəmkir rayon İnformasiya-Resurs və Təlim Mərkəzi İctimai Birliyində görüş və müzakirələr həyata keçirilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin müdir müavini Elxan Qəribov və şöbənin digər əməkdaşlarının iştirak etdiyi görüşdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təşkil edilmiş sosial reabilitasiya xidmətləri ilə bağlı geniş məlumat verilmişdir. Şəmkir rayon Təhsil Şöbəsində təşkil edilmiş görüşdə layihə üzrə həyata keçirilən fəaliyyətlərdən əlavə xüsusi qayğıya ehtiyacı olan uşaqların evdə təhsili məsələləri də müzakirə edilmişdir. Şəmkir rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində qeydiyyatda olan sağlamlıq imkanları məhdud olan uşaqların da layihədən bəhrələnmələri üçün şöbənin müdiri və sahə həkimləri üçün məlumatlandırma sessiyası həyata keçirilmişdir, həmçinin Şəmkir rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən Uşaq psixoloji inkişaf mərkəzinin əməkdaşlarına da layihə fəaliyyətləri barəsində məlumatlar verilmiş və mümkün əməkdaşlıq əlaqələrinin yaradılması müzakirə edilmişdir. Şəmkir rayon İnformasiya-Resurs və Təlim Mərkəzinin ofisində təşkil edilmiş görüşdə rayonda icma əsaslı reabilitasiya xidmətlərinin təşkili və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
Səfərlər zamanı iştirakçılara layihə çərçivəsində nəşr edilmiş “Xüsusi ehtiyacı olan uşaqların inkişafına dair təlimat” kitabı, “Davranışın idarəolunması və pozitiv valideynlik” mövzusunda kitabça və “Əlilliklə bağlı məlumatlandırma” vərəqələri təqdim edilmişdir.
Göygöl və Şəmkir rayonlarına səfərlər Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, “Əlilliyi olan şəxslər üçün Mərkəz” (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatlarının birgə icra etdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunmuşdur.

5

6

7

8

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov