Azərbaycanca | English

Picture1

3

2

4

 

 

 

Sağlamlıq imkanları məhdud olan uşaqlara xüsusi qaygı göstərildi

 

 

 

 

 

 

 

03 dekabr 2018 ci il tarixlərində, 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər gününün qeyd olunması ilə bağlı Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən layihədən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan 30 nəfər uşağa hədiyyələr təqdim edilmişdir. Hərəkət məhdudiyyəti olan 3 nəfər uşağa hədiyyələr, onların Gəncə şəhəri, Göygöl rayonunun Hacıməlik qəsəbəsi və Samux rayonunun Kolayır kəndində yaşadıqları evlərdə təqdim edilmişdir. Hədiyyələr uşaqların sevincinə səbəb olmuşdur. Gəncə Avro-Atlantik Məlumat Mərkəzində təşkil edilmiş hədiyyələrin təqdim olunması tədbirində çıxış edən təşkilatın İdarə heyətinin sədri Mehman Xəlilov uşaqları qarşıdan gələn Yeni il münasibətilə təbrik etmişdir.

 

 

 

 

 

 

 

04 dekabr 2018 ci il tarixlərində, layihənin təbliği məqsədilə layihədən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan 15 nəfər uşağa üzərində layihəyə maliyyə dəstəyi ayırmış Avropa Birliyinin, Almaniya İnkişaf Agentliyi, Şərq Tərəfdaşlığı Proqramının Ərazi Əməkdaşlıq Proqramının və layihənin idarəetmə qurumu olan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, həmçinin layihənin icraçı tərəfdaşlarının loqoları olan idman köynəkləri və papaqlar təqdim edilmişdir.

 

 

 

 

 

 

 

Tədbirlər Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

5

6

7

8

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov