Elan: GA-04 Tarix: 05.09.2022
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində
3 dəst kompüter avadanlığının icarəyə götürülməsi ilə bağlı müsabiqə elan edir.
Kompüter avadanlıqları 2 ay ərzində (oktyabr-noyabr 2022-ci il) Gəncə şəhərinin, Samux və Kəlbəcər rayonlarının mərkəzi kitabxanalarında istifadə edilməsi üçün nəzərdə tutulub. İcarəyə götürüləcək kompüter avadanlıqları irəlidə qeyd edilən texniki göstəricilərə malik olmalıdır: PC:Prosessor İntel Core İ5, RAM 4GB, HDD 500GB, DVD-Writer, WI-FI, Monitor 21.5″.
Təkliflərin qiymətləndirilməsi keyfiyyət göstəricilərinə, qiymət amillərinə, zəmanət şərtlərinə, avadanlıqların yuxarıdı qeyd edilən texniki göstəricilərə uyğunluğuna və digər meyarlara yönəldiləcəkdir.
İddiaçılar təkliflərini 20 sentyabr 2022-ci il saat 17.00-a qədər (ünvan: Gəncə şəhəri, Nizami küçəsi 81) Gəncə Avro-Atlantik İnformasiya Mərkəzində yerləşən Satınalmalar Komitəsinə təqdim etməlidirlər.
Satınalmalar üzrə Komitə
Telefon: 050 5919115; 022 2569406
E-mail: euroatlanticcenter@gmail.com