Elan: GA-03 Tarix: 05.09.2022
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi”, “Kitabxana əməkdaşları üçün nəşrlərin rəqəmsallaşdırılması ilə bağlı praktik seminarların təşkili”, “Müəllif hüquqları qorunan nəşrlərin rəqəmsallaşdırılması, emal və təsnif olunaraq kitabxanaların lokal şəbəkəsində istifadəçilərə təqdim edilməsi qaydaları”, “Beynəlxalq və milli elektron kitabxanalardan istifadə qaydaları və istifadəçilərə bu sahədə məsləhətlərin göstərilməsi” mövzularında təşkil ediləcək seminar və təlimlərdə
məruzəçi ekspert vəzifəsi üçün vakansiya elan edilir.
Yuxarıda qeyd olunan mövzularla bağlı tədbirlərdə aparıcılıq təcrübəsi olan, ali təhsilli və bununla əlaqədar müvafiq sertifikatlar əldə etmiş, elektron təqdimatlarla bağlı təcrübəsi olan namizədlərdən mövzu yerində “Məruzəçi ekspert” qeyd edərək, CV-lərini 21 sentyabr 2022-ci il tarixinədək euroatlanticcenter@gmail.com elektron ünvanına göndərməkləri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər. Seminar və təlimlər 2022-ci ilin oktyabr ayı ərzində Gəncə şəhərində keçiriləcəkdir.
Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin
Satınalmalar üzrə komissiyası