Tarix: 28.10.2022
Gəncə şəhərində, 26-28 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra edilən “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Nəşrlərin rəqəmsallaşdırılması” mövzusunda praktik seminarlar keçirilib.
Təlimin məruzəçi eksperti, Gəncə MKS-in Kitabxana Biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Gülünaz İsgəndərova tərəfindən aparılan seminarlar nəticəsində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının 18 nəfər kitabxana əməkdaşları kitabxana fondlarında olan nəşrlərin rəqəmsallaşdırılması ilə bağlı praktik bacarıqlar əldə ediblər.
Təlimin sonunda iştirakçılar tərəfindən təlimin ümumi qiymətləndirilməsi, həmçinin kitabxana fondlarında olan nəşrlərin rəqəmsallaşdırılması məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.