Elan: GE — 01 Tarix: 05.08.2023
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən “Gəncə-Qazax bölgəsində qadınların və uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində
— “Kompüter operatoru”;
— “Sosial media marketinq” (SMM);
— “1C: Ticarətin idarə olunması” ;
— Python proqramlaşdırma dili;
— HTML — Hipermətn işarələmə dili.
üzrə təşkil ediləcək seminar və təlimlərdə
Məruzəçi-ekspert vəzifəsi üçün vakansiya elan edilir
Yuxarıda qeyd olunan sahələr üzrə tədbirlərdə aparıcılıq təcrübəsi olan, ali təhsilli və bununla əlaqədar müvafiq sertifikatlar əldə etmiş, elektron təqdimatlarla bağlı təcrübəsi olan namizədlərdən mövzu yerində “Məruzəçi ekspert” qeyd edərək, CV-lərini 18 avqust 2023-cü il tarixinədək euroatlanticcenter@gmail.com elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Seminar və təlimlər 01 sentyabr 2023 – 30 oktyabr 2023-cü il dövründə Gəncə şəhərində keçiriləcəkdir. Yalnız sənədləri ilkin mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi
Satınalmalar üzrə Komitə
Ünvan: Gəncə şəhəri, Nizami küç.81
Telefon: 050 5919115; 022 2569406
E-mail: euroatlanticcenter@gmail.com