Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən 01 avqust 2023-cü il tarixindən etibarən həyata keçirilən “Gəncə-Qazax bölgəsində qadınların və uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsinin icrası uğurla davam etdirilir.
Layihə çərçivəsində 34 nəfər Gəncə şəhəri, həmçinin Samux, Göygöl və Kəlbəcər rayonlarında yaşayan qadınlara, xüsusilə sosial cəhətdən həssas təbəqələrdən olan qadınlara regionun əmək bazarında daha çox ehtiyac olan “Sosial media marketinq” meneceri, “Kompüter operatoru” və “1C:Ticarətin idarə olunması” sahəsində təlimlər keçirilərək onların rəqəmsal bacarıqları inkişaf etdirilir. Bununla da daha həssas təbəqədən olan qadınlar üçün yeni məşğulluq, karyera və fərdi inkişaf imkanları artırılır.
Eyni zamanda, hədəf regionda yaşayan 18 nəfər yuxarı sinif şagirdlərinə (9-11sinif) Python proqramlaşdırma dili və HTML Hipermətn işarələmə dili üzrə təlimlər keçirilərək onların proqramlaşdırma üzrə ilkin səviyyədə bilik və bacarıqları inkişaf etdirilir.