Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən 01avqust 2023-cü il tarixindən etibarən həyata keçirilən “Gəncə-Qazax bölgəsində qadınların və uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsi uğurla icra edilmişdir.
Layihə çərçivəsində 33 nəfər Gəncə şəhəri, həmçinin Şəmkir, Göygöl, Samux və Kəlbəcər royonlarında yaşayan sosial cəhətdən həssas təbəqələrdən olan qadınlara regionun əmək bazarında daha çox ehtiyac olan “Sosial media marketinq” meneceri, “Kompüter operatoru” və “1C:Ticarətin idarə olunması” sahəsində təlimlər keçirilmiş və onların rəqəmsal bacarıqları inkişaf etdirilmişdir.
Nəticə etibarilə, layihə çərçivəsində “Sosial media marketinqi” üzrə təlim kurslarında iştirak edən bir nəfər qadın artıq iş təklifi almış və müsabiqədən keçərək işə düzəlmişdir.
Eyni zamanda, hədəf regionda yaşayan 17 nəfər yuxarı sinif şagirdlərinə (9-11sinif) Python proqramlaşdırma dili, həmçinin HTML Hipermətn işarələmə dili üzrə təlimlər keçirilərək onların proqramlaşdırma üzrə ilkin səviyyədə bilik və bacarıqları inkişaf etdirilmişdir. Bununla bağlı yuxarı sinif şagirdlərinin (9-11sinif) İnformasiya Texnologiyaları sahəsinə maraqları artırılmış və gələcək peşə və ixtisas seçimində İnformasiya Texnologiyaları sahəsinə üstünlük vermələri təşviq edilmişdir.
Layihə dövründə İnformasiya Texnologiyalarının qadınların, xüsusilə sosial cəhətdən həssas təbəqələrdən olan qadınların iqtisadi yüksəlişi, fərdi inkişafı və məşğulluq imkanlarının artırılması istiqamətində unikal imkanlar yaratdığı barəsində mediada və sosial mediada Press Relizlər yayılmışdır.